Türkiyənin 37 şəhərində eyni anda İŞİD terror qruplaşamsınn üzvlərinə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında “Qəhrəmanlar-38” başlığı ilə məlumat paylaşıb.
Nazir qeyd edib ki, Ankara və İstanbul başda olmaqla 37 şəhərdə eyni vaxtda baş tutan əməliyyatla 189 nəfər qandallanıb: "Əziz millətimizin bilməsini istəyirəm ki, ölkəmizdə sabitliyi, birliyi və həmrəyliyi pozmağa çalışanlara göz açdırmayacağıq. İlin 365 günü - 4 mövsüm, 12 ay gecə-gündüz əməliyyatlar həyata keçiririk. Terrorla mübarizəmiz əzmlə davam edəcək".
Lamiyə Əhmədli
MİA.AZ