Bu gün, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) milli dövlət orqanlarının rəsmi dəvəti əsasında fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədi ilə seçki müşahidə missiyasın başlayır.

DTİHB-dən Mia.az-a verilən məlumata görə, missiyaya Ouen Mörfi başçılıq edir və missiya Bakıda 11 ekspertdən ibarət əsas heyət və 5 yanvardan etibarən ölkənin digər ərazilərinə təhkim ediləcək 26 uzun müddətli müşahidəçidən ibarətdir. DTİHB həmçinin seçki gününə bir neçə gün qalmış 280 qısamüddətli müşahidəçinin gəlməsini xahiş etməyi planlaşdırır.

Missiya seçkinin keçirilməsinin ATƏT-in müvafiq öhdəlikləri, demokratik seçkilərlə bağlı digər beynəlxalq öhdəlik və standartlar, eləcə də milli qanunvericilik ilə uyğunluğunu qiymətləndirəcək.

Müşahidəçilər seçki kampaniyasının bütün əsas aspektlərini yaxından izləyəcəklər. Bura kampaniyanın aparılması, o cümlədən sosial şəbəkələrdə kampaniyanın aparılması, bütün səviyyələrdə seçki administrasiyasının işi, seçki ilə bağlı qanunvericilik və onun icrası, fundamental azadlıqlara hörmət, seçkinin mediada işıqlandırılması və seçki mübahisələrinin həlli daxildir. Müşahidəçilər DTİHB-nin seçkilərlə bağlı əvvəlki tövsiyələrinin icra vəziyyətini də qiymətləndirəcəklər.

Dövlət orqanları və siyasi partiyalar, vətəndaş cəmiyyəti, media və beynəlxalq qurumların nümayəndələri ilə görüşlər müşahidə missiyasının tərkib hissəsini təşkil edir.

Müşahidə missiyasının fəaliyyəti ilə bağlı ictimayəti və medianı məlumatlandırmaq məqsədi ilə aralıq hesabat dərc olunacaq. Seçkidən bir gün sonra mətbuat konfransı zamanı ilkin nəticələri əks etdirən bəyanat təqdim olunacaq. Bütün seçki prosesinin qiymətləndirilməsini əks etdirən və tövsiyələrin də yer aldığı yekun hesabat seçkidən bir neçə ay sonra dərc olunacaq.

DTİHB-nin ölkədə seçki müşahidəsi fəaliyyətləri haqqında əlavə məlumat əldə etmək üçün:

https://www.osce.org/odihr/elections/azerbaijan

Media üçün əlaqə:

Egor Tilpunov, Media Analitiki: egor.tilpunov@odihr.az və ya +994 55 220 16 20

Katya Andrusz, DTİHB Sözcüsü: +48 609 522 266 (Varşava əlaqə nömrəsi) və ya katya.andrusz@odihr.pl.