"Əgər Qərb ölkələri bizim dondurlan aktivləriməz əl qoyarsa, bu, cavabsız qalmayacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Moskvada jurnalistlərə Putinin sözçüsü Dmitri Peskov deyib.

O, G7 ölkələrinin Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini ələ keçirmək cəhdlərinin olduğunu goizlətməyib: "Əlbəttə, Rusiyanın aktivlərinə həbs qoyulması oğurluqdur. Bu, eyni zamandaŞ beynəlxalq iqtisadiyyatın əsas təməllərinə ciddi zərbə vuracaq və onu sarsıdacaq. Digər yandan, bu, digər ölkələrin ABŞ və Avropa İttifaqına iqtisadi qarant kimi inamını puça çıxaracaq. Əlbəttə, bu cür hərəkətlərin çox ağır nəticələri var, olacaq”.

Peskov Rusiyanın aktivlərinə həbs qoyulması halına qarşı hazırlıq gördüklərini də deyib: "Əlbəttə ki, mümkün cavablarımızı əvvəlcədən təhlil etdik, hazırladıq və bənzər, daha artıq qarşə həmlələrimiz olacaq".

Samir Musayev

MİA.AZ