Mahnıları və zaman-zaman canlı yayımları ilə gündəmdən düşməyən məşhur müğənni Serdar Ortaç səhhətindən şikayətlənib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uzun müddətdir xəstəliyi ilə mübarizə aparan və yeriməkdə çətinlik çəkən Serdar Ortaç bildirib ki, ayağını itirmə riski artıb: “Artıq ayaqqabılarımı tək başıma çıxarmaqda belə çətinlik çəkirəm, bu xəstəliyin əlacı yoxdur. Ayağımı itirmək riski var. Görək, inşallah, Allah hifz edər".

Bir müddətdir psixoloji cəhətdən yaxşı olmadığını etiraf edən müğənni deyib ki, zamanında özünə diqqət etməyb: "Özümə çox biganə yanaşdım. Depressiyadan çıxa bilmədim..."

Ləman

MİA.AZ