Hizbullah İsrailin 2 hərbi məntəqəsinə zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə qruplaşma məlumat yayıb.
"Hizbullah" qruplaşması qeyd edib ki, İsrailin sərhəd bölgəsində yerləşən iki hərbi məntəqəyə "müvafiq silahlar"la zərbələr endirlib: "Nəzərdə tutulan hədəflər dəqiqliklə sıradan çıxarılıb".
Xatırladaq ki, oktyabrın 8-dən israil ordusu ilə Hizbullah arasında baş verən toqquşmalarda 129 Hizbullah üzvü, 28 Livan vətəndaşı, 5-i mülki şəxs olmaqla, ümumilikdə 14 İsrail vətəndaşı öldürülüb.
Samir Musayev
MİA.AZ