Blogger Anastasiya İvleyevanın “Demək olar ki, çılpaq partiya” şüarı ilə təşkil etdiyi gecə Rusiyada sərt etirazlara səbəb olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, mərasimə qatılan məşhurdan reper Vacio geyiminə görə 15 gün həbs və pul cəzasına məhkum edilib, dövlət qurumlarında vəzifə tutanlar isə işlərini itiriblər.

Baş verənlərdən sonra Anastasiya İvleeva Rusiyanın Ukrayna ilə müharibəsinin davam etdiyi bir ərəfədə qonaqların yalnız kalqotka geyindiyi və tez-tez homoseksualların öpüşmə səhnələrini İnstagram-dakı səhifəsində canlı yaymasının doğru olmadığını etiraz edib.

O, Rusiya xalqından üzr istəyib: "Təəssüf ki, mərasimi düzgün idarə edə bilmədim. Rusiyalılardan üzr istəyirəm..".

O, həmçinin "parti"dən əldə etdiyi gəlirin bir hissəsini xeyriyyə işlərinə sərf etməyi planlaşdırdığını açıqlayıb. 

Məlumata görə, üzrxahlığa baxmayaraq, onun barəsində cinayət işi açılıb: "Bloggeri beş il həbs cəzası gözləyir. o, artıq istintaqa ilkin ifadəsini verib...".

Tədbirdə iştirak edən digər məşhurlar da ictimaiyyətdən üzr istəyiblər. 

Kremlin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının zamanında tədbirsiz qalması və rəsmi açıqlama vermədikləri üçün jurnalistlərdən üzr istəyib. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mərasim iştirakçılarının "bu davranışları ilə şəxsiyyətlərini ləklədiyi"ni, lakin onların özlərini düzəltmək şanslarının olduğunu bildirib.

Qonaqlar arasında olan və demək olar ki, çılpaq şəkildə fotoları yayılan Kseniya Sobçak üzr istəyib və bildirib ki, belə bir əyləncə hər şeydən əvvəl Ukraynada döyüşən əsgərlərə hörmətsizlik olub...

Ləman

MİA.AZ