"İsrailin Fələstin xalqına qarşı barbarlığına artıq son qoyulmalıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlri sosial media hesabında Kuba prezidenti Miguel Diaz Kanel yazıb.
O, İsrailin hücumları ilə viran qalan Qəzzanın fotosunu paylaşımına əlavə edəərk yazıb: "İsrailin Fələstin xalqına etdiyi vəhşiliyə, barbarlığa artıq son qoyulmalıdır. Bu, insanlıq üçün utancverici və beynəlxalq hüquq baxımından ciddi bir yaradır".
Xatırladaq ki, Kuba lideri dekabrın 26-da da verdiyi açıqlamada İsrailin Qəzzada davam edən hücumlarına sərt reaksiya verib: "Kuba Fələstin üçün hər zaman səsini ucaldacaq və baş verənlərə heç vaxt biganə qalmayacaq"
Firudin Səfərli
MİA.AZ