"ABŞ-ın Yaxın Şərq siyasəti Qəzzada savaşa səbəb olub".
"Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Tass xəbər agentliyinə müsahibə verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
ABŞ-ın Yaxın Şərq regionu ilə bağlı siyasətini dəyərləndirən Lavrov bildirib ki, ABŞ-ın Yaxın Şərqdə pərdəarxası diplomatiya oynamaq cəhdlərinin nəticələrindən hər kəsin dərs almasının vaxtı çatıb: "Vaşinqtonun vasitəçilik səyləri yalnız və yalnız inhisara, eyni zamanda, Fələstin məsələsinin beynəlxalq hüquq əsasını sarsıtmaqdır. Nəticə etibarı ilıə baş verənlər ortadadır".
Rusiyanın yanaşmasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və Ərəb Sülh Təşəbbüsünə əsaslandığını qeyd edən Lavrov belə davam edib: "Davamlı sülhün bərqərar olması üçün düstur hamıya məlumdur. Bu düstura 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılması daxildir. Beynəlxalq vasitəçilərin vəzifəsi budur. Təbii ki, bu, asan deyil, ancaq başqa yol yoxdur”.
Lamiyə Əhmədli
MİA.AZ