Pakistanda keçmiş baş nazir İmran Xanla birlikdə dövlət sirlərini açıqlamaqda ittiham olunan keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi həbs edilib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  Qureşi məhkəmə zalında qandallanıb. O, böyük bir polis heyətinin müşayiəti ilə məhkəmədən çıxarılaraq aparılıb. 

Məlumata görə, sabiq nazir həbsxana maşına minməmək üçün uzun müddət müqavimət göstərib. Lakin onun dirənişi və tərfdarlaırnın etirazı faydasız olub: "O, zaldan birbaşa həbsxanaya apaırlıb".

Xatırladaq ki, oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi sabiq Baş nazir İmran Xanla Qureyşi "Dövlət Sirləri Aktı"nı pozmaqda ittiham edib. Lakin Xan və Qureşi ittihamları qəbul etməyib.

Onu da qeyd edək ki, keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi bir milyon Pakistan rupisi qarşılığında zamində idi. 

Şah Mahmud Hüseyn Qureşi pakistanlı siyasətçidir. O, 2008-2011-ci illərdə Pakistanın Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Lamiyə Əhmədli

MİA.AZ