Cənubi Koreya ABŞ hökuməti ilə 20 ədəd F-35A tipli döyüş təyyarəsinın alışı barədə müqavilə imzalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Alma Proqramı Agentliyi (DAPA) bunu Şimali Koreyanın "artan hərbi təhdidlərinə" qarşı məcburi addım olduğunu açıqlayıb.

Məlumata görə, döyüş təyyarələri 2027-ci ildən etibarən ölkəyə təhvil veriləcək.

ABŞ Dövlət Departamenti F-35A-nın satışını təsdiqləyib.

Xatırladaq ki, Cənubi Koreya 2019-2022-ci illər arasında 40 ədəd F-35A alıb.

Samir MUSAYEV

MİA.AZ