Acun Ilıcalının sahibi olduğu "Exxen" platformasının vəkili Həsən Can Kayanın baş rolda oynadığı "Bir Yeraltı Sit-Com" serialının internetdə icazəsiz yayımlanması ilə bağlı bir saytdan şikayət edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prokurorluq şikayəti haqlı sayaraq, ödənişli üzvlüklə baxılan platformanın məhsulunu, yəni, Hasan Canın baş rolda oynadığı filmi özünə məxsus saytda qanunsuz yayan şəxsə qarşı cinayət işi açılıb.
Məlumata görə, açılan cinayət işinə əsasən, A.A. adlı həmin şəxsə 5 ilə qədər həbs cəzası gözlənilir
Ləman
Mia.az