Nigeriyanın Plato əyalətində silahlı şəxslərin kəndlərə hücumu davam edir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Nigeriyanın Plato əyalətində silahlı şəxslərin kəndlərə son iki gündəki hücumları nəticəsində ən azı 115 nəfər öldürülüb, 200-dənçox yaralı var.
Məsələ ilə bağlı yerli telekanallara açıqlama verən əyalət rəhbəri Caleb Mutfvanq bildirib ki, yaraqlılar son gündə 15 kəndə qəfil hücum ediblər: "115 nəfərdən çox insan öldürülüb, çoxlu sayda yaralı var. 221 evin yandırılıb, xeyli ərzaq məhsulları oğurlanıb...".
Məlumata görə, bölgədə bir neçə gün əvəvl xristina fermerlərlə müsəlman çobanlar arasında da toqquşma olub və nəticədə 15 nəfər ölüb.
Firudin Səfərli
MİA.AZ