Rusiyanın təqdim etdiyi "Amber" adlı ilk elektrik avtomobili dünya mediasının lağ obyektinə çevrilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təqdimata qədər “Tesla qatili” kimi qabardılan rus istehsallı elektrik maşınının dizaynı gülüşə səbəb olub.
Bir çoxları avtomobilin xarici görünüşünü çox çirkin sayır: "Ördək balasına bənzəyir..."
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra avtomobil nəhəngləri bir-bir Rusiyadan çəkiliblər. Sanksiyalarla rusların yeni model avtomobillərə çıxışı çətinləşdirib. Bunun qarşısını almaq istəyən Moskva Politexnik Universiteti yeni elektrik maşını hazırlayaraq ilk formasını təqdim edib.
Məlumata görə, yeni avtomobilin kütləvi istehsalına 2025-ci ildə başlanacaq və illik 50 min elektrikli avtomobil satışa çıxarılacaq.
Bununla belə, avtomobilin son versiyasının ilkin dizayndan tamamilə fərqli ola biləcəyi də iddia edilir. Avtomobilin texniki göstəriciləri ilə bağlı hələlik heç bir məlumat verilməyib.
Lamiyə
Mia.az