"Son 24 saatda Qəzzada 100-dən çox hədəfə hava zərbələri endirilib".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İsrail ordusu yayıb.
Bildirilib ki, əsas zərbələr Qəzza zolağının şimalına vurulub: "Burada yaraqlılara aid çoxlu sayda hədəflər məhv edilib"
Xatırladaq ki, İsrailin 7 oktyabrdan bu yana təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 20 min 674-ə çatıb.
Zülfiyyə
MİA.AZ