Çin kosmosa “Tienmu-1” peyk şəbəkəsinin hissələrini təşkil edən dörd meteoroloji peyk buraxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, peyklər Kuaicou-1A daşıyıcı raketi ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb: "Meteoroloji məlumat xidmətləri üçün istifadə edilməsi nəzərdə tutulan peyklər planlaşdırılmış orbital mövqelərinə uğurla yerləşiblər...".
Firudin Səfərli
MİA.AZ