ATV-də yayımlanan "Kardeşlerim" serialında gözlənilməz ayrılıq yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ilk bölümdən bəri baş rol ifaçısı olduğu “Kardeşlerim” serialında yer almayan Fadik Sevin Atasoyun son 3 bölümdə yer almamasının səbəbi bəlli olub.
Məlumata görə, "Şengül" obrazını canlandıran Fadik Sevin Atasoy rəhbər heyətlə mübahisə edərək serailla sağollaşıb.
Türkiyəli jurnalist Birsen Altuntaş da xəbəri təsdiqləyib. O, sosial media hesabında aktyor performansı ilə adından söz etdirən Atasoyun serialdan sakitcə ayrıldığına və daha çəkilişlərə qatılmadığını yazıb.
Aktrisa israrlara rəğmən, hər hansı bir açıqlama verməyib.
Ləman
MİA.AZ