Sonuncu dəfə "gecə yarısı" serialında rol alan tanınmış aktrisa Hazal Kaya yeni seriala dəvət alıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, aktyor Alperen Duymazla "Ali-Kara" serialında baş rolu bölüşəcəklər.
Məlumata görə, rejissoru Deniz Yorulmazer, ssenaristi Eylem Canpolat olan yeni serialın hansı kanalda yayımlanacağı hələlik bəlli deyil.
Xəbərdə deyilir ki, hazırda kanal seçimi ilə bağlı danışıqlar gedir.
Ləman
MİA.AZ