İlk bölümü ilə "tufan qoparan" “Qızıl Qoncalar” serialında bəzi səhnələr izləyicilərin sərt reaksiyasına səbəb olub. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Özgü Namal və Özcan Denizin baş rollarını paylaşdığı “Qızıl Qoncalar” serialının ilk bölümündə yeralan qamçı səhnəsi ilə bağlı Radio və Televiziya Üst Kurumu (RTÜK) araşdırmaya başlayıb.

Bu səbəbdən Mədəniyyə Nazirliyi serialı çəkən "Gold Film" şirkətinin iki məkanda çəkilişə aldığı icazələri ləğv edib: "Aylar əvvəl böyük büdcə ilə  yenidən bəzədilmiş həmin məkanlara icazələrin ləğvi RÜTK-in araşdırması ilə əlaqələndirilib".

Xatırladaq ki, "Qızıl Qoncalar" dünyəvi Atatürk tərəfdarı olan Levent (Özcan Dəniz) və fanat bir təriqətdə yaşayan Meryemin (Özgü Namal) kəsişən taleyindən bəhs edir. Serialda Özgü Namal və Özcan Denizlə yanaşı, Mert Yazıcıoğlu, Erkan Avcı, Hazal Türesan, Mert Turak, Selen Öztürk, Şerif Erol, Duygu Sarışın, Tuğrul Tülek, Yakup Turqut, Sitare Akbaş, Mina Demirtaş, Esma Yılmaz, Zehran Kelleci və digər tanınmış sənətçilər də rol alırlar. 

Ləman

MİA.AZ