İsrail ordusu Qəzzadakı Bureyc qaçqın düşərgəsinin sakinlərini evlərini boşaltmağa çağırıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu bu gün düşərgə və ona yaxın ərazilərə yaşayan fələstinlilərə müraciət edib.
Müraciətdə onlardan təcili olaraq evlərini tərk edərək Deyr əl-Bələh qəsəbəsinə doğru getmələri tələb olunub: "Təhlükəsizliyiniz üçün dərhal Deyr əl-Belaha yola çıxın..."
Məlumata görə, bu tələb əhali arasında ciddi təşviş yaradıb.
Lamiyə Əhmədli
MİA.AZ