ATV-də yayımlanan "Kardeşlerim" serialında "Elif" obrazını canlandıran Dilarə Sümbülın səhhətində çəkilişlər zamanı qəfildən problem yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dilarə Sümbül qarnında şiddətli ağrılar keçirdiyi üçün xəstəxanaya aparılıb: "Xəstəxanada bəlli olub ki, onun yumurtalıq kistası partlayıb".
Məlumata görə, o, hazırda özəl xəstəxanada müalicə olunur.
Serialın rejissor heyətinnin qısa açıqlamasına görə, 25 yaşlı aktrisa tezliklə çəkilişlərə qatılacaq.
Xatırladaq ki, 13 avqust 1999-cu ildə Urfada anadan olan Dilarə Sümbül indiyə qədər "Elimi Düşünmə", "Baş Dərd", "Evlilik Haqqında Hər Şey" və "Məni Dinlə" seriallarında rol alıb.
Ləman
MİA.AZ