Qəzzada ölən mülki insanların sayı 20 mini aşıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti rəsmi məlumat yayıb.
Bildirilib ki, İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 20 min 57-yə yüksəlib: "53 min 320 nəfər isə yaralı var".
Məlumatda o da deyilir ki, təkcə son 48 saatda 390 fələstinli öldürülüb, 734 nəfər yaralanıb.
Tahir Şəlvəli
MİA.AZ