Mərkəzi Bankın sədri Taleh Kazımov daha bir təynat imzalayıb.
Mia.az xəbər verir ki, baş bankir keçmiş iş yoldaşı Rəşad Məsim oğlu Məmmədovu özünə sayca 4-cü müşavir götürüb.
Xatırladaq ki, yeni müşavir Rəşad Məmmədov "PAŞA Bank" ASC-də işləyib. O, 2015-2017-ci illərdə Bankın Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-cü illərdə Əməliyyat departamentinin direktoru işləyib.