Dekabrın 21-də saat 17 radələrində Lənkəran rayon sakini, 1974-cü il təvəllüdlü Zülfüqar Cəfərovun kəsilmiş-deşilmiş xəsarətdən ölməsi barədə rayon məlumat daxil olub.
Mia.az Lənkəran Rayon Prokurorluğuna istinadla xəbər verir ki, araşdırmalarla 1983-cü il təvəllüdlü Bəhruz Məmmədovun Lənkəran rayonunun Separadi kəndi ərazisində aralarında yaranmış mühasizə zamanı kəsici-deşici alətlə Zülfüqar Cəfərova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Bəhruz Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.