"Beşiktaş"ın baş məşqçisi Fernando Santos "Qaziantep"ə 2:0 hesabı ilə uduzduqları matçdan sonra üzr istəyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, matçdan sonra keçirdiyi mətbuat konfransında nəzərdə tutulan planı həyata keçirə bilmədiklərini qeyd edib: "Rəqib bizdən daha yaxşı oynadı, müdafiədə daha yaxşı idi, fürsətlərdən və səhvlərimizdən istifadə etdilər. Bir məşqçi kimi, əsas məsuliyyətim mənimdir. Azarkeşlərdən üzr istəyirəm. Rəqib bizdən daha əzimliydi. Biz də 2-3 fürsət yaratdıq, amma bunlar yetərli olmadı, təkətək mübarizədə çatışmazlıqlaırmız çoxdur...".
Santos bildirib ki, artıq qarşıdakı oyunlara baxmaq gərəkdir: "Artıq qarşıdakı oyunlara baxmalı və hücuma oynamağa alışmalıyıq...".
Fərid Aslan
MİA.AZ