İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib.

Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılmış əmlaklara 91 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “Ford” markalı avtomobilin start qiyməti 15 000 manat olsa da, son təklif 42 000 manata yüksəlib. Start qiyməti 9 000 manat olan “Hyundai H-1” markalı nəqliyyat vasitəsi isə 14 090 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/37DUS8 linki vasitəsilə tanış olmaq olar.