Bu gün Trendyol Super Liqasının 17-ci həftəsində "Fənərbağça" səfərdə "Kayserispor"la üz-üzə gəlib.
Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, "RHG Enertürk Enerji Stadionu"nda baş hakim Zorbay Küçük idarə etdiyi matçda "Fənərbağça" 4:3 hesabı ilə qalib gəlib.
İstanbul klubuna qələbə gətirən qolları 8-ci dəqiqədə Cengiz Ünder, 40, 50 və 79-cu dəqiqələrdə Mişi Batshuayi vurub.
Bununla da "Fənərbağça" xallarını 43-ə yüksəldərək liderliyini davam etdirib.
“Kayserispor” isə 29 xalla 3-cü pillədə qalıb.
Onu da qeyd edək ki, "Fənərbağça"nın futbolçuları Fred və Mert Hakan Yandaş 90+8 və 90+11-ci dəqiqələrdə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulublar.
Bununla da onlar "Qalatasaray" derbisində forma geyinə bilməyəcəklər.
Fərid
MİA.AZ