Trendyol Super Liqasının 17-ci həftəsində "Qalatasaray" "Fatih Karagümrük"lə qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki,  “Qalatasaray” “41-ci dəqiqədə Kerem Aktürkoğlunun vurduğu yeganə qolla 1-0 qalib gəlib.

Bununla da "Fatih Karagümrük" üzərində 14-cü qələbəsini qazanan "sarı-qırmızılılar" xallarını 43-ə yüksəldib. 

"Fatih Karagümrük" isə liqada 7-ci məğlubiyyətini alıb və 17 xalda qalıb.

Fərid

MİA.AZ