Braziliyalı ulduz futbolçu Neymar 2024-cü il Amerika Kubokunda oynaya bilməyəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Braziliya milli komandasının həkimi Rodriqo Lasmar ölkə mətbuatına açıqlama verib.

O bildirib ki, dizindən əməliyyat olunan Neymarın sahələrə qayıtması üçün tezliklə mümkün deyil: "Səbrli olmalıyıq, lazımsız risklərə getməyin mənası yoxdur".

Xatırladaq ki, oktyabrda Braziliyanın Uruqvayla oynadığı matçda zədələnən və sol dizinin ön çarpaz bağında və menisküsündə cırılma səbəbindən əməliyyat olunan Neymarın uzun müddət meydanlardan uzaq qalacağı açıqlanıb.

Onu da qeydə edək ki, Amerika kuboku 20 iyun - 14 iyul 2024-cü il tarixləri arasında ABŞ tərəfindən keçiriləcək.

Fərid

MİA.AZ