İsrailin davamlı hücum etdiyi Qəzzada həyatını itirənlərin sayı 20 mini keçib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-dən bu yana Qəzzaya olan hücumlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 20 mini keçib: "Onlardan ən azı 8 mini uşaq, 6 min 200 nəfəri qadındır. Bundan əlavə, 6 min 700 nəfərə yaxın insan hələ də dağıntılar altında qalıb. Onların taelyindən xəbər yoxdur. İndiyədək yaralananların sayı isə 52 600-ü ötüb".
Zülfiyyə
MİA.AZ