Qəzza zolağının böyük bir hissəsində rabitə və internet xidməti yenidən kəsilib.
Mia.az xarici mətbuata istinada xəbər verir ki, Fələstinin iki telekommunikasiya şirkəti olan "Jawwal" və "Ooredoo" ayrı-ayrılıqda açıqlama veriblər.
Bildirilib ki, İstrail ordusu dəfələrlə təmir olunan infrastruktura növbəti dəfə zərbə vurduğundan Qəzza zolağında rabitə və internet xidmətləri tamamilə dayanıb: "Artıq 7-ci dəfədir eni vəziyyət yaranır. Hazıra bu problemi aradan qaldırmağa çalışırıq".
Firudin Səfərli
MİA.AZ