Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 8,5 %-dən 8 %-ə endirilməsi barədə qərar qəbul edib.
Mia.az Mərkəzi banka istinadla xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7 %-dən 6,5 %-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 9,5 %-dən 9 %-ə endirilib: "Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla qəbul edilib".