Rusiya ordusundakı əsgərlərin sayı 1 milyon 500 minə çatdırılacaq.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdəki iclasda danışıb.
O bildirib ki, gələcəkdə Rusiya ordusundakı əsgərlərin sayı xarici təhdidlərə mütənasib olaraq 1 milyon 500 minə qədəər artırılacaq.
Ukraynadakı savaşdan söz açan nazirin sözlərinə görə, hərbi əməliyyat başlayandan bu günə qədər Ukrayna Silahlı Qüvvələrində ölən hərbçilərin əsgərlərin sayı 383 mini ötüb: "Onlardan 466-sı ABŞ, 344-ü isə Böyük Britaniyadan olmaqla ümumilikdə 5800-dən çoxu muzdlu döyüşçü olub".
Lamiyə
MİA.AZ