"İsrail ordusu sərhədyanı şəhərləri fosfor bombası ilə bombalayıb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı Livanın rəsmi agentliyi NNA yayıb.
Agentlik bildiirb ki, İsrail ölkənin cənubunda sərhəddə yerləşən Blida və Muhaybib qəsəbələrini qadağan olunmuş fosfor bombaları ilə vurub: "İsrailin fosfor bombaları sərhədə yaxın Hille Əbu Yezid yolunda böyük bir çuxur yaradıb. Fosfor bombalarından əlavə, İsrail artilleriyası Nakura və Cəbəl əl-Lebbunehin ətrafına da ardıcıl zərbələr endirib".
Tahir Şəlvəli
MİA.AZ