Prezident Rəcəb Tayyib Ərdoğan Küveytin yeni əmiri Şeyx Məşəl ilə telefonda danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, telefon danışığında prezident Ərdoğan Küveyt Dövlətinin Əmiri Şeyx Nevvafın vəfatından kədərləndiyini bildirib və yeni Əmir Şeyx Məşələ başsağlığı verib.
Görüşdə Türkiyə-Küveyt münasibətləri, qlobal və regional məsələlər müzakirə edilib.
Prezident Ərdoğan həmçinin Şeyx Məşələ yeni vəzifəsində uğurlar arzulayıb.
Lamiyə Əhmədli
MİA.AZ