Cənubi Koreyanın məşhur avtomobil şirkəti "Hyundai" Rusiyadakı istehsal təyinatlı zavodunu satıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə şirkət bildiriş yayıb.
"Hyundai"nin verdiyi məlumata görə, zavod 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətini dayandırıb: "Bundan az sonra oradakı istehsal müəssisəmiz satışa qoyulub. “Şirkət bu gün direktorlar şurasının bugünki iclasında isə Rusiyadakı "Hyundai Motor Production" şirkətimiz və onun balansında olan inventarlar “Art-Finance” MMC-yə satılması təsdiqlənib”.
Şirkət qiymət açıqlamasa da, "Reuters" anlaşmanın 219,2 milyon dollar olduğunu yazıb.
Samir Musayev
MİA.AZ