2022-ci ildə və 2023-cü ilin yanvar-noyabr aylarında Şamaxı, Ağsu və Qobustan rayonlarında torpaq qanunvericiliyinin pozulması ilə bağlı 194 hal aşkar edilərək sənədləşdirilib.
Mia.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, bu dövrdə torpaq qanunvericiliyinin pozulması hallarına dair müvafiq torpaq istifadəçiləri barədə 106 inzibati protokol tərtib edilib.
Dövlət Xidmətinin apardığı monitorinqlərin, rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bu rayonlarda bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız olaraq verilir və yaxud zəbt edilir.