Türkiyədə bir neçə ay əvvəl adını dəyişən HDP-nin Esenyurt rayon təşkilatının sədri həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təşkilat qərargahında terror təşkilatı PKK lideri Abdullah Öcalanın pankart və plakatlarını asdığı üçün mühakimə olunan iki müttəhimdən biri olan təşkilat sədri Ercan Sağlam "silahlı terror təşkilatına üzv olmaq" ittihamı ilə 7,5 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmü bu gün İstanbul 32-ci Ağır Cəza Məhkəməsi elan edib.
Firudin Səfərli
MİA.AZ