Rusiya prezidenti Vladimir Putin “dost olmayan ölkələrlə” bağlı bu gün daha bir fərman imzalayıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, fərmana əsasən, ABŞ və Böyük Britaniya başda olmaqla dost olmayan ölkələrlə vaxtilə imzalanan vergi müqavilələri qismən ləğv olunub: "Bundan sonra dost olmayan ölkələrin Rusiyadakı fəaliyyətlərindən əldə olunan gəlir və aktivləri ikiqat vergiyə cəlb ediləcək"
Fərmanda ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur kimi ölkələrın adları yer alıb.
Firudin Səfərli
MİA.AZ