Prezident İlham Əliyev Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) iclasında iştirak etmək üçün Bakıda gələn Türkiyə Böyük Milllət Məclisinin sədri Cəmil Çiçəki qəbul edib. 

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasındakı mövcud dostluq və qardaşlıq əlaqələri müzakirə edilib, iki dövlətin parlamentlərarası əlaqələrinin daha da genişləndiriləcəyindən söhbət açılıb. TBMM-nin Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqqlı mövqeyini dəstəklədiyi ifadə olunub. 

Qeyd edək ki, Bakıda Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) 5-ci plenar iclası başlayıb.
Türkdilli Ölkələrin Parlament Assambleyasına sədrlik Türkiyədən Azərbaycana keçib. 

TürkPA-ya 4 ölkə - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir.