İsrail Qəzzada daha iki hərbçisini itirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, az əvvəl İsrail ordusunun daha hərbçisi döyüşdə həlak olub.
İsrail ordusu faktı təsdiqləyib.
Bildirilib ki, Qəzzanın cənubunda "Givati" adlı xüsusi təyinatlı birlik komandiri kapitan Yarin Qahalin və "Yahalom" adlı xüsusi əməliyyat bölməsinin komandiri, kapitan Netanel Silberq HƏMAS yaraqlıları ilə döyüşdə həyatları ilə vidalaşıblar: "Bununla gün ərzində 7 hərbçimizin öldürüldüyünü təsdiqləyirk".
Xatırladaq ki, bu gün İsrail ordusu 5 hərbçisini də döyüşdə itirib.
Bununla da Qəzzada həlak olan İsrail əsgərlərinin sayı 129-a yüksəlib.
Tahir
MİA.AZ