İsrail İrandakı yanacaqdoldurma məntəqələrinə kiberhücum təşkil edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı İranın neft naziri Cavad Ovci açıqlayıb.
O, iddia edib ki, İsrailin yanacaqdoldurma məntəqələrində istifadə edilən internet sisteminə kiberhücum həyata keçirib.
Nazir bu hücumda İsraillə yanaşı, ABŞ-ıd a ittiham edib: "Onlar bu yolla İran xalqına problemlər yaratmaq istəyirlər. Bu haker hücumu ilə əlaqəli olaraq ölkədəki yanacaqdoldurma məntəqələrinin 60 faizində problem yaşanıb və stansiyalar əl ilə xidmət göstərməyə məcbur olublar...".
Xatırladaq ki, İsrail ordusunun radiosu İsrail hakerlərinin İranın yanacaq təchizatı sisteminə kiberhücum təşkil etdiyini təsdiqləyib.
Məlumata görə, nəticədə ölkənin bir çox yerlərində yanacaqdoldurma məntəqələri iflic olub.
İran Neft Nazirliyi əhaliyə müraciət edərək, problem həll olunana qədər əhalidən təcili ehtiyac olmadığı halda, yanacaqdoldurma məntəqələrinə getməmələrini xahiş edib.
Zülfiyyə
MİA.AZ