Almaniya kansleri Olaf Şolts koronavirusa yoluxub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Almaniya hökuməti açıqlama yayıb.
Bildirilib ki, Şolts COVID-19-a yoluxsa da, o, işləməyə davam edəcək.
Hökumət sözçüsü Steffen Hebestreit Berlində jurnalistlərə bildirib ki, baş nazir Şolzun bu gün və sabahkı təkbətək görüşləri, o cümlədən Slovakiyanın baş naziri Robert Fiko ilə sabah planlaşdırılan görüşü ləğv edilib: "O, vəzifələrini telefon və video konfrans vasitəsilə davam etdirəcək".
Zülfiyyə
MİA.AZ