ABŞ-ın müdafiə naziri Lloyd Ostin və Baş Qərargah rəisi general Çarlz Q. Braun İsrailə səfər ediblər.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail dövlət televiziyasının (KAN) məlumat yayıb.
Məlumata görə, ABŞ Baş Qərargah rəisi Braunu və daha sonra müdafiə naziri Ostin gpöözlənilmədən Tel-Əvivə gəliblər.
İki ABŞ rəsmisinin Qəzzadakı müharibə ilə bağlı cari məsələlərlə yanaşı, Yaxın Şərqdə artan regional gərginliyi müzakirə etmək üçün İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Firudin Səfərli
MİA.AZ