Müğənni Mabel Matiz 2019-cu ildə aldığı “Altın Kelebek” (Qızıl Kəpənək) mükafatını satışa çıxarıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media səhifəsində paylaşım edib.

Paylaşıma mükafatın satışa çıxarılmasını təsdiqləyən link əlavə olunaraq yazılıb: ""Altın Kelebek" mükafatı satılır. "Altın Kelebek Mükafatı cəmi bir dəfə ələ götürülüb. Alındığı gündən qutusunda durur, cızıq belə yoxdur".

Müğənni mükafatın 2019-da "Ən yaxşısı klip" adına görə verildiyini yazıb və mükafatın satış qiymətinin cəmi 5 lirə (29 qəpik) olduğunu qeyd edib.

Onun bu paylaşımına minlərlə şərh yazılıb.

Mabel Matizin yaxın dostu İrem Derici isə ona belə mesaj verib: "Qiyməti artırmayın, mən alaram".

Ləman

MİA.AZ