Son bölümləri ilə reytinqləri alt-üst edən "Kızılcık Şerbeti"də "Alev" obrazını canlandıran Müjde Uzman serialda "Abdullah" obrazını oynayan  Settar Tanrıöğenlə gerçək həyatda da eşq yaşadığı iddiasına çox sərt reaksiya verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, "İnstagram"dakı səhifəsində paylaşım edib.

Sıla Türkoğlu, Evrim Alasya, Müjde Uzman, Barış Kılıç, Ceren Yalazoğlu Karakoç, Feyza Civelek, Doğukan Güngör, Settar Tanrıöğen və Sibel Taşçıoğlunun rol aldığı və "Show TV"-də rekord qıran "Kızılcık Şerbeti"nin aktrisası Müjde Uzman sosial media hesabında yazıb:

"Siz artıq həddinizi aşdınız. Tərbiyyəsizlər! İnsanların həyatları sizin üçün oyuncaq deyil! Rəsmən əxlaqsızsınız! Sizə inanıb evdə oturan, öz işi ilə məşğul olanların günahını alanlar var...".

Ləman

MİA.AZ