"Deputat Ülvi Quliyevin oğlu Orxan Quluzadə Bakıda kafel-metlax satışı üzrə ixtisaslaşmış iri inşaat mağazası açıb".
Mia.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial media hesabında məlumat və fotolar paylaşıb.
O bildirib ki, Orxan bəy açılış lentini şəxsən özü kəsib: "Mərkəz deputata məxsus "Diler İnşaat" QSC--nin satış mərkəzi kimi fəaliyyət göstərir. Orxan Quluzadə orta məktəbdə kifayət qədər kapital toplayıb, biznesə 18 yaşından Londonda milyonluq sərmayə ilə başlayıb, arada bəxti gətirməyib, Sankt-Peterburqda 1 milyonu batırıb, amma sonra ayağa durmağı bacarıb, İngiltərədə 5 ev alıb, Türkiyədə şirkət açıb, Azərbaycanda binalar tikib, dövlətin bahalı layihələrində iştirak edir, məmurlar arasında yaxşı müştəriləri var".
Jurnalst daha sonra belə bir replika atıb: "Məgər deputatın uşaqları bizneslə məşğul ola bilməzlər?!".
Jurnlaistin sözlərinə görə, deputat Ülvi Quliyevin oğlu 3 il əvvəl Londondan yazırdı: "Səfərbər olduq! Vətən-Torpaq uğrunda müharibə etdik! Qan tökdük, şəhid verdik! Torpaq uğrunda ölən varsa vətəndir dedik! Yaşadığımız və həsrət qaldığımız torpağın haqqını ödədik! iki il sonra deputatın vətənpərvər oğlu artıq Şuşada idi. Onun şirkəti "Şuşa Otel və Konfrans Mərkəzi"nin daxili təmir və bəzək işlərini həyata keçirib".
Mia.az-ın məlumatına görə, Ü.Quliyevin oğluna məxsus şirkət deputat Cavanşir Feyziyevin obyektlərinin birində də təmir işi aparıb. Bu zaman tərəflər arasında narazılıq yaranıb...
Samir Musayev
MİA.AZ