Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.
Bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.
Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.
Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb/APA