İsrail oktyabrın 7-dən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 4420 fələstinlini həbs edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Məhbus İşləri Komitəsi birgə yazılı açıqlama verib.

Bildirilib ki, İsrail qüvvələri Nablus, Hebron, Tubas, Qalkilya və Qüdsdə daha 16 fələstinlini saxlayıb: "Onların hara aparıldığı bəlli deyil. Bununla da  saxlanılan fələstinlilərin sayı 4420-yə çatıb".

Firudin Səfərli

MİA.AZ