Sosial media fenomeni və gözəllik mərkəzinin sahibi Ece Ronay keçmiş əri Mehmet Bilirin iş yerini gülləbaran etdirdiyi iddiası ilə saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu gün saxlanılaraq polis şöbəsinə aparılıb.
Məlumata görə. onunla yanaşı, 5 nəfər də tutulub.
Xatırladaq ki, illər əvvəl klipində rol aldığı Mehmet Ali Erbil tərəfindən təcavüzə məruz qaldığı iddiası ilə gündəmə gələn Ece Ronay həm işi, həm də şəxsi həyatı ilə adından söz etdirməyə davam edir.
Bu yaxınlarda isə onun İstanbulun Bağdat küçəsində yerləşən gözəllik mərkəzi naməlum şəxslər tərəfindən atəşə tutulub. Bundan az sonra isə onun keçmiş ərinin obyektinə atəş açılıb.
Onu da qeyd edək ki, Ece Ronay 17 noyabr 1991-ci ildə Diyarbəkirdə anadan olub. İlk dəfə klipləri və paylaşımları ilə tanınan "Ronay", "Karpuz" və "Git Çatla" mahnıları ilə tanınıb. Sonradan o, sosial mediada parlayıb.
Ləman
MİA.AZ