Qəzza zolağında daha 2 fələstinli jurnalist həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökuməti yazılı açıqlama yayıb.
Məlumatra görə, İsrail ordusunun Qəzza zolağına davamlı bombardmanları nəticəsində Fələstinin Er-Rey radiosunda səs mühəndisi işləyən jurnalist Muhammed Yunus ez-Zeytuniyye və Er-Rey xəbər agentliyinin fotomüxbiri Muhammed Abdulhalik al-Af həyatları ilə vidalaşıblar.
Xəbərdə o da deyilir ki, bununla da İsrailin 7 oktyabrdan bu yana Qəzzaya hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 103-ə çatıb.
Tahir Şəlvəli
MİA.AZ